Rektor İspaniyada təhsil alacaq tələbələrlə görüşüb AZƏRTAC

09.01.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 yanvar, AZƏRTAC

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov mübadilə proqramı çərçivəsində İspaniyada təhsil alacaq tələbələrlə görüşüb.

BANM-dən AZƏRTAC-a bildirilib ki, 5 tələbə 2024/2025-ci tədris ilinin yaz semestrində (qrantlı) İspaniyanın Coruna Universitetində təhsillərini davam etdirmək imkanı qazanıb. Onlar kompüter mühəndisliyi ixtisasının III kurs tələbələri Nailə Əmirova, Cəmil Cəmaləddinli, Sona Nağdaliyeva, Aqşin Kərimov və Banuçiçək Məmmədovadır.

Rektor tələbələrə uğurlar arzulayıb, bu təcrübənin onların peşəkar kadr kimi formalaşmasına əhəmiyyətli dərəcədə töhfə verəcəyini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью