Rektor müşavirini işdən çıxardı 4 ay əvvəl təyin etmişdi

03.10.2026

Icma.az bildirir, Olke.az portalına istinadən.

Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bu barədə ali məktəbin rektoru, professor Ədalət Muradov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, X.Cavadzadə UNEC rektorunun iqtisadi məsələlər üzrə müşaviri postundan azad edilib. Onun işdən çıxarılmasının səbəbi açıqlanmayıb. 

O, bu vəzifədə cəmi 4 ay 17 gün işləyib. X.Cavadzadə 2026-cı il mayın 14-də müşavir təyin olunmuşdu. 

O, daha əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında inzibati və təşkilati məsələlər üzrə direktor müavini vəzifəsində çalışıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью