Rektor onu işdən çıxardı, GDU da qadın intihara əl atdı

11.04.2025

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

Gəncədə qadın özünə xəsarət yetirib.

Tribunainfo.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə Dövlət Universitetinin əsas binasında qeydə alınıb.

1988-ci il təvəllüdlü G.Məmmədova qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib, ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə G.Məmmədova GDU-nun dəftərxanasının əməkdaşı olub. Onun özünə xəsarət yetirməsinə səbəb isə xəbəriz işdən çıxarılmasıdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью