Rektor qəzaya düşdü, akademik həyat yoldaşı ölüb

20.11.2026

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin Konya vilayətinin Kulu rayonunda avtomobilin yoldan çıxaraq aşması nəticəsində Səhiyyə Elmləri Universitetinin rektoru Prof. Dr. Kemalettin Aydının həyat yoldaşı, akademik Prof. Dr. Sevim Aydın həyatını itirib. Qəzada rektor və sürücü yaralanıb.

Sherg.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, qəza Konya-Kırıkkale yolunun Kulu qovşağı yaxınlığında baş verib. Rektorun xidməti avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı avtomobildə olan Kemalettin Aydın, həyat yoldaşı Sevim Aydın və sürücü Mehmet Uzunoğlu yaralanıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, Sevim Aydın həyatını itirib. Qəza zamanı avtomobilin mühərrik hissəsində başlayan yanğın qısa müddətdə bütün avtomobili bürüyüb.

Qeyd edək ki, Kemalettin və Sevim Aydın Konya Şəhər Xəstəxanasında keçiriləcək akademik yüksəliş və sənəd təqdimetmə mərasiminə qatılmaq üçün Konyaya gedirmiş.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью