Rektor: Ulu Öndərin zəngin irsi Azərbaycan xalqı üçün yol xəritəsidir | Icma.az
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Azərbaycan xalqının xilaskarı, müasir dövlətçiliyimizin memarı və əbədiyaşar liderimiz Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və böyük ehtiramla yad edirik.
Ulu Öndər Heydər Əliyevin mənalı və zəngin həyat yolu yalnız Azərbaycan üçün deyil, eyni zamanda, bütün Türk dünyası üçün örnəkdir.
Onun gördüyü titanik işlər, verdiyi tarixi qərarlar və qurduğu güclü dövlətçilik sistemi bu gün müstəqil Azərbaycanın inkişafının əsas sütunlarını təşkil edir.
Ümummilli Lider Heydər Əliyev dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, iqtisadi və sosial sahələrdə sabitliyin təmin edilməsi və xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında misilsiz xidmətlər göstərərək Azərbaycan xalqının tarixində müstəsna rol oynayıb.
Məhz dahi dövlət xadiminin rəhbərliyi altında ölkəmiz müstəqilliyini qoruyub saxlaya bilib, gələcəyə inamla irəliləyən bir dövlət kimi formalaşıb.
SİA-nın məlumatına görə, bu sözləri açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov söyləyib.
O bildirib ki, Qarabağ mövzusu Ulu Öndərin zəngin siyasi fəaliyyətinin ən mühüm komponentlərindən olub.
Tam oxu
Xəbəri oxu