Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 12 dekabr, AZƏRTAC Bu gün Azərbaycan xalqının xilaskarı, müasir dövlətçiliyimizin memarı və əbədiyaşar liderimiz Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və böyük ehtiramla yad edirik.
Ulu Öndər Heydər Əliyevin mənalı və zəngin həyat yolu yalnız Azərbaycan üçün deyil, eyni zamanda, bütün Türk dünyası üçün örnəkdir.
Onun gördüyü titanik işlər, verdiyi tarixi qərarlar və qurduğu güclü dövlətçilik sistemi bu gün müstəqil Azərbaycanın inkişafının əsas sütunlarını təşkil edir.Ümummilli Lider Heydər Əliyev dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, iqtisadi və sosial sahələrdə sabitliyin təmin edilməsi və xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında misilsiz xidmətlər göstərərək Azərbaycan xalqının tarixində müstəsna rol oynayıb.
Məhz dahi dövlət xadiminin rəhbərliyi altında ölkəmiz müstəqilliyini qoruyub saxlaya bilib, gələcəyə inamla irəliləyən bir dövlət kimi formalaşıb.Bu sözləri AZƏRTAC-a açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov söyləyib.O bildirib ki, Qarabağ mövzusu Ulu Öndərin zəngin siyasi fəaliyyətinin ən mühüm komponentlərindən olub.
Qlobal arenalarda hər zaman ölkəmizin haqq səsini ucaldan Heydər Əliyev Qarabağın işğaldan azad olunması istiqamətində mühüm siyasi-diplomatik addımlar atıb.
Çox xoşbəxt və qürurluyuq ki, Ümummilli Liderimizin layiqli siyasi varisi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu parlaq siyasi xətti uğurla davam etdirərək ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə ata vəsiyyətini yerinə yetirmiş oldu.
“Bu gün Ulu Öndərimizin ruhu həm də ona görə şaddır ki, işğaldan azad olunmuş torpaqlarımız sürətlə dirçəlir.