Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Müasir universitet yeni bir şəraitdə elmi tərəqqi və innovativ yanaşmaları dəstəkləyən intellektual mərkəzdir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “Təhsildə Yeni Çağırışlar” VII Beynəlxalq Forumunda çıxışı zamanı deyib.
Rektor bildirib ki, müasir universitet cəmiyyətə təsir göstərməli, gələcək inkişaf proqramlarının müəyyənləşdirilməsində iştirak etməlidir.
Onun sözlərinə görə, BDU da bu missiyanı öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib.
Elçin Babayev qeyd edib ki, ənənəvi elmi və tədris fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, elmi tədqiqatların nəticələrinin artırılması və tələbələrin qlobal rəqabət mühitinə hazırlığı əsas prioritetlərdəndir.
Rektor vurğulayıb ki, müasir təhsil mühitində dəyişikliklər və inkişaf prosesləri davamlı şəkildə baş verir. Buna görə də təhsil proqramları əmək bazarının vəziyyətinə uyğunlaşdırılır, tələbəyönümlü tədris metodları tətbiq edilir.
Zeynəb Rzayeva