Rembo Trampı görün kimə bənzətdi

16.11.2024

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Məşhur Hollivud ulduzu, aktyor Silvestr Stallone ABŞ-ın yeni seçilən prezidenti Donald Trampı “ikinci Corc Vaşinqton” adlandırıb.

Globalinfo.az xəbər verir ki, Stallone Trampın “Palm Beach”də yerləşən lüks tətil klubu Mar-a-Laqoda keçirilən tədbirində iştirak edib.

“Corc Vaşinqton öz ölkəsini müdafiə edəndə dünyanı dəyişdirəcəyini bilmirdi. Onsuz dünyanın necə olacağını təsəvvür edə bilərsiniz?. Amma indi bizim İkinci Corc Vaşinqtonumuz var. Təbrik edirik!”, – deyə məşhur aktyor vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью