Rembrandtın Gecə keşikçisi tablosunda bakteriyalar aşkar edildi

11.11.2026

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hollandiyanın Amsterdam şəhərindəki məşhur "Rijksmuseum" muzeyində nümayiş olunan Rembrandtın "Gecə keşikçisi" tablosunun səthindən alınan nümunələrdə bakteriyalar aşkar edilib.

Kulis.az xəbər verir ki, altı ay davam edən araşdırma çərçivəsində üzə çıxarılan bu mikroorqanizmlər "Gecə keşikçisi yaşayır" adlı yeni sərgi ilə ictimaiyyətə təqdim olunub.

"Artis-Micropia" muzeyi ilə birgə təşkil edilən sərgidə, tablonun 60 fərqli nöqtəsindən toplanmış və laboratoriya şəraitində çoxaldılmış bakteriya koloniyaları xüsusi qablarda nümayiş etdirilir:

Əsasən Yaponiyanın şəkər zavodlarında rast gəlinən bu bakteriyanın tablonun boyasız hissəsində tapılması alimləri təəccübləndirib.

Mikrobioloq Eline van Bloois bildirib ki, bu bakteriyalar sənət əsərinə heç bir zərər vurmur, lakin onların 400 il əvvəldən, yoxsa yaxın vaxtlardan qaldığını təyin etmək hələlik mümkün deyil.

Qeyd edək ki, bu kəşf 2019-cu ildən bəri davam edən böyük "Gecə keşikçisi əməliyyatı" bərpa və tədqiqat layihəsinin bir hissəsi kimi sənətsevərlərin ixtiyarına verilib.

Məşhur aktrisa dünyasını dəyişdi “Balaca səyyah” premyeraya hazırlaşır Mükafat qazanan yazıçı süni intellekt ittihamlarını rədd etdi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью