“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

16.11.2026

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Alternativ rok musiqisinin məşhur qruplarından “R.E.M.” pərəstişkarlarına arxiv materiallarından ibarət xüsusi buraxılış təqdim etməyə hazırlaşır.

Kulis.az xəbər verir ki, qrup noyabrın 20-də 2001-ci ildə yayımlanan “Reveal” albomunun 25 illik yubiley nəşrini buraxacaq.

Yeni nəşrin ən diqqətçəkən tərəfi isə əvvəllər ictimaiyyətə təqdim edilməmiş 17 səs yazısının alboma daxil edilməsidir.

“The Black Session Revealed” adı altında birləşdirilən bu yazılar 2001-ci ilin mayında Parisdə, “Radio France” üçün lentə alınıb. Beləliklə, dinləyicilər qrupun həmin dövrdəki ifa tərzini, studiya və canlı səsyazma atmosferini daha yaxından tanımaq imkanı qazanacaqlar. “Reveal” qrupun diskoqrafiyasında mühüm yer tutur və yubiley nəşri həm albomun köhnə pərəstişkarları, həm də “R.E.M.” musiqisini sonradan kəşf edənlər üçün maraqlı arxiv materialıdır.

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı Oğurlanmış sənət əsərlərinin izi ilə - İtaliya və Afrika ölkələri yeni əməkdaşlığa başlayır "Şeytan İncili"ni yazan okkultist yazıçı Anton Şandor LaVey kim idi?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью