Renaissance Travel turizm şirkətindən ŞİKAYƏT: polis araşdırmalara başladı

02.09.2026

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

"Renaissance Travel" turizm şirkəti ilə bağlı araşdırmalara başlanıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, adıçəkilən şirkət tərəfindən dələduzluqla üzləşdiyini iddia edən bir nəfər polisə şikayət edib. 

Daxil olan şikayət əsasında Nizami rayon Polis İdarəsində araşdırmalara başlanlıb. 

"Renaissance Travel" turizm şirkətinin təmsilçisinin Orxan Hüseynli olduğu bildirilir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью