Renaldo Sefasın SON DURUMU

06.10.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qarabağ"ın yarımmüdafiəçisi Renaldo Sefasın tibbi müayinəsinin nəticələri açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yamaykalı futbolçunun MRT müayinəsinin nəticələrində əhəmiyyətli bir dəyişiklik və ya ciddi problem aşkarlanmayıb. Məlumata görə, 26 yaşlı vinger 3-4 gün ərzində tibbi və məşqçi heyətinin xüsusi nəzarəti altında fərdi məşqlərlə kifayətlənəcək.

Qeyd edək ki, R.Sefas milli komandanın düşərgəsində xəsarət alıb. O, CONCACAF Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Yamayka və Honduras yığmaları arasında baş tutan qarşılaşmanın 12-ci dəqiqəsində topsuz vəziyyətdə dizindən zədələnib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью