Renat Dadaşov Ankaragücü klubunun əsas heyətindən kənarlaşdırılıb

05.02.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin "Ankaragücü" futbol klubunun azərbaycanlı hücumçusu Renat Dadaşov komandanın əsas heyətindən çıxarılıb.

Oxu.Az xəbər verir ki, bunun səbəbi açıqlanmayıb. Türkiyə mətbuatının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Ankaradakı "Tandoğan" bazasında məşqçilərdən birinin rəhbərliyi altında komandadan ayrı məşq edir.

Xatırladaq ki, Dadaşovun "Ankaragücü" ilə müqaviləsi 2026/27 mövsümünün sonuna kimidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью