Renat Dadaşov bir aydan sonra yenidən yaşıl meydanlara qayıdır

22.11.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Azərbaycan millisinin və "Ankaragücü"nün hücumçusu Renat Dadaşov bir aydan sonra yenidən yaşıl meydanlarla qayıdır.

Oxu.Az xəbər verir ki, oktyabrın 21-də qasıq nahiyəsindən əməliyyat olunan Renat Dadaşov "Gənclərbirliyi" klubuna qarşı keçirilən oyunda meydanda olacaq.

Bir aydır komandadan kənarda qalan hücumçu ötən gündən kollektivlə məşqlərə qoşulub.

Qeyd edək ki, "Ankaragücü" - "Gənclərbirliyi" görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью