Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan milli komandası UEFA Millətlər Liqasında Litva yığmasına qarşı oyuna ciddi itki ilə çıxacaq.
AFFA-dan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, Renat Dadaşov həmin matçda iştirak etməyəcək.
Ukraynanın “Bukovina” klubunda çıxış edən 27 yaşlı forvard zədə səbəbindən ötən gün Lixtenşteynlə qarşılaşmanı (0:0) da buraxıb.
Qeyd edək ki, oktyabrın 4-də keçiriləcək Azərbaycan – Litva oyunu saat 17:00-da başlayacaq.