Renat Dadaşov məşqlərə başladı

20.11.2024

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Millimizin hücumçusu Renat Dadaşov "Ankaragücü"nün heyətində məşqlərə start verib. Sport24.az xəbər verir ki, o, komandanın dünənki hazırlığında iştirak edib.

Oktyabrın 21-də əməliyyat olunan 25 yaşlı futbolçu millinin Estoniya və İsveçə qarşı oyunlarının heyətindən kənarda qalıb. Renat "Ankaragücü"nün heyətində 2024/2025 mövsümündə 9 oyunda 2 qol vurub.

Qeyd edək ki, Dadaşovun komandası Türkiyə 1-ci Liqasının 13-cü turunda Ankara derbisində "Gənclərbirliyi" ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью