Renat Dadaşov məşqlərə start verib

19.11.2024

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Renat Dadaşov "Ankaragücü"nün heyətində məşqlərə start verib.

Apasport.az xəbər verir ki, o, komandanın bugünkü hazırlığında yer alıb.

Oktyabrın 21-də əməliyyat olunan 25 yaşlı futbolçu millinin Estoniya və İsveçə qarşı oyunlarının heyətindən kənarda qalıb. Renat "Ankaragücü"nün heyətində 2024/2025 mövsümündə 9 oyunda 2 qol vurub.

Qeyd edək ki, Dadaşovun komandası Türkiyə 1-ci Liqasının 13-cü turunda Ankara derbisində "Gənclərbirliyi" ilə qarşılaşacaq.

"Fənərbaxça" En-Nesri əvəzinə 2 ulduz ad arasında seçim edəcək Levandovski “Barselona”da qalmaq istəyir İspaniya millisindən rekord A Seriyası: İlin məşqçisi mükafatına namizədlər bəlli olub Avropada gecənin sürprizi: San Marino
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью