Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Əvvəllər transferə çıxarılacağı ilə bağlı məlumatlar yayılsa da, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov karyerasını Polşanın “Motor” futbol klubunda davam etdirəcək.
İdman.Biz xəbər verir ki, futbolçu qış təlim-məşq toplanışı dövründə göstərdiyi performansla məşqçilər heyətinin etimadını qazanıb.
R.Dadaşovun hazırlıq prosesindəki çıxışı klub rəhbərliyini onun komandada saxlanılmasına qərar verməyə vadar edib.
“Dörd həftəlik məşq dövrü onu həqiqətən yaxşı formaya salıb”, - deyə “Motor”un baş məşqçisi Mateuş Stolarski bildirib.