Renat Dadaşov oynadı, Ankaragücü qələbə qazandı

17.01.2025

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə 1-ci Liqasında 20-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Renat Dadaşovla Həsən Nəzərovun formasını geyindiyi "Ankaragücü" səfərdə "Şanlıurfaspor"un qonağı olub. Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov bu görüşün iştirakçısı olub. 25 yaşlı forvard 46-cı dəqiqədə meydana daxil olub. Həsən Nəzərov isə sona qədər ehtiyatda qalıb.

Xallarını 30-a yüksəldən "Ankaragücü" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью