Renat Dadaşov qayıtdı, komandası uduzdu | Icma.az
Icma.az, Qol.az saytına istinadən bildirir. Azərbaycan millisinin hücumçusu Renat Dadaşov zədədən sonra yaşıl meydanlara qayıdıb.
QOL.az xəbər verir ki, 25 yaşlı futbolçu 6 turluq fasilədən sonra "Ankaragücü"nün heyətində meydana çıxıb.
Dadaşov Türkiyə 1-ci Liqasının 16-cı turu çərçivəsində “Manisa”ya qarşı keçirilən matçda forma geyib.
Görüşə ehtiyatdan başlayan millimizin hücumçusu qarşılaşmanın 82-ci dəqiqəsində Alper Uludağın əvəzinə meydana çıxıb.
Lakin Renatın qayıdışı uğurlu alınmayıb. Onun komandası öz meydanında uduzub.
“Ankaragücü” - “Manisa” - 0:1 Qol: Bede Osuji, 76 Bu məğlubiyyətdən sonra əvvəlki kimi 23 xalda qalan “Ankaragücü” turnir cədvəlində 6-cı yeri tutur.
“Manisa” isə 20 xalla 15-ci pillədə qərarlaşıb. Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləy
Tam oxu
Xəbəri oxu