Renat Dadaşov üçün yeni baş məşqçi

11.02.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü"nün yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, L Liqa təmsilçisini Mustafa Dalcı çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

51 yaşlı mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Mustafa Dalcının son iş yeri "Sakaryaspor" olub. "Ankaragücü" isə bu gün Kemal Özdeşlə yollarını ayırıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью