Renat Dadaşov Ukrayna klubuna keçir EKSKLÜZİV

04.09.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 4 sentyabr, AZƏRTAC

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni komandası bəlli olub.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, 27 yaşlı hücumçu Ukraynanın “Bukovina” klubu ilə anlaşıb.

Təcrübəli forvard 2-3 gün ərzində yeni komandası ilə müqavilə imzalayacaq. Sözləşmənin detalları bəlli deyil.

Məlumat üçün bildirək ki, “Bukovina” bu mövsüm Ukrayna Premyer Liqasına yüksəlib. Komanda hazırda 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Xatırladaq ki, Renat Dadaşov son olaraq Polşanın “Motor” klubunda çıxış edib. O, ötən mövsümün sonunda Lublin təmsilçisindən ayrılıb.

Müxbir – Cavid Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью