Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov karyerasını Ukraynada davam etdirəcək.
“Qafqazinfo” xəbər verir ki, R.Dadaşov “Bukovina” klubu ilə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 27 yaşlı hücumçu 9 nömrəli formanı geyinəcək. Hazırda “Bukovina” Ukrayna Premyer Liqasında beş turdan sonra 8-ci pillədədir.