Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun klubu “Motor”dan ayrılmaq ehtimalı hələ də gündəmdədir.Bizim.Media Polşa mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı forvard ölkəmizə qayıdacaq.Renatın formasını geyinməyə ən yaxın komanda “Zirə” göstərilir.
Bildirilir ki, hazırda həm “Motor” rəhbərliyi, həm də futbolçunun özü ilə rəsmi danışıq aparan yeganə klub məhz “Zirə”dir.
Lublin təmsilçisi millimizin üzvünü transferə çıxardığından, onun müəyyən məbləğ qarşılığında “Zirə”yə keçidinə mane olmayacaq.Qeyd edək ki, Renat Dadaşovun “Motor”la müqavilə müddəti bu ilin yayına qədərdir.Rəşad Rafiqoğlu, Bizim.Media Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.