Renat Dadaşova ikiqat maaş! Polşadan təklif var

09.04.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov Polşadan ayrılmayacaq. 
Apasport.az saytına verilən məlumata görə, “Radomyak” 25 yaşlı forvardla danışıqlara başlayıb və Dadaşovdan ilkin razılıq alıblar.
Halbuki Dadaşova Polşanın özündən fərqli klublar da təklif göndərib. Lakin Renat minimum daha bir mövsümü “Radomyak”da keçirmək istəyir.
Azərbaycanlı hücumçu hazırkı komandasında qalarsa, illik gəliri daha da yaxşılaşacaq. Belə ki, onun maaşı indikindən 2 dəfə daha çox olacaq. Müqavilə şərtlərinin daha da yaxşılaşacağının təminatı verildiyi üçün Renat “Radomyak”ı tərk etmək istəmir.

Daha əvvəl “Eştoril”, “Vulverhempton”, “Pasuş de Ferreyra”, “Qrasshopper”, “Tondela”, “Hatayspor”, “Ankaragücü” klublarının formasını geyinmiş Renatın “Radomyak”la hazırkı müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.
Renat Radomye klubunda 5 matçda 2 qol vurub və 1 asist edə bilib.

Aqil Nəbiyevin yetirmələri UEFA İnkişaf Turnirində iştirak edəcək “Azəryol” çempionluğun 1 addımlığında Eşqin Tağıyev mükafatlandırılıb Ayan Əliyeva qızıl medal qazanıb Hakimi təhqir etdi, 5 oyunluq cəza aldı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью