sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov şəxsi həyatı ilə gündəmə gəlib. Sport24.az xəbər verir ki, hücumçu sevgilisi, yeddi ildir münasibətdə olduğu Deniz Dolunaya evlilik təklifi edib.
Dadaşov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Görüntülərdən futbolçunun romantik şəraitdə evlilik təklifi etdiyi məlum olub.
Deniz Dolunayın təklifə "hə" cavabı verdiyi bildirilir.
Qeyd edək ki, Renat Dadaşov karyerası ərzində Almaniya, Portuqaliya, İngiltərə, İsveçrə və Polşa klublarında çıxış edib.