Renat Dadaşovla Ayxan Abbasov arasında nə baş verib? Mütəxəssis danışmadı, iddiaları təkzib etdi

16.10.2025

Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir neçə gündür milli komandanın baş məşqçisi Ayxan Abbasovla hücumçu Renat Dadaşov arasında mübahisə yaşandığı və bu səbəbdən də futbolçunun Ukrayna oyunu öncəsi düşərgəni tərk etdiyi bildirilir.

Məsələ sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Hətta Abbasovun Dadaşovu bir daha milliyə dəvət etməyəcəyi iddia edilir.

Məsələ ilə bağlı yığmanın çalışdırıcısı  Abbasovla əlaqə saxladıq. Təcrübəli mütəxəssis yazılanlarla bağlı geniş  danışmaq istəməsə də, iddiaların doğru olmadığını bildirdi. O, Dadaşovla aralarında ciddi nəsə baş vermədiyini qeyd etdi.

Həsən Quluzadə / İdmanxeber.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью