Renat Dadaşovun komandasında ayrılıq

20.12.2024

Icma.az, Qol.az saytına istinadən bildirir.

Türkiyə 1-ci liqasının komandası "Ankaragücü" baş məşqçisi Kenan Koçakla yollarını ayırıb. 

QOL.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Komandanın uğursuz nəticələrinə görə tərəflər müqaviləyə xitam verməyə qarşılıqlı razılıq verib. 

Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Renat Dadaşov "Ankaragücü"ndə çıxış edir.

Xatırladaq ki, Kenan Koçak kluba sentyabrda təyin olunmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью