Renat Dadaşovun komandasından qələbə

18.01.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə birinci liqasında 20-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi “Ankaragücü” səfərdə “Şanlıurfaspor”a 1:0 hesabı ilə qalib gəlib. Qələbə gətirən yeganə qolu matçın 51-ci dəqiqəsində Rikkardo Saponara vurub. 

Matça ehtiyat oyunçular skamyasından başlayan Dadaşov 46-cı dəqiqədə Riad Bajiçin əvəzinə meydana daxil olub.

Bu qələbə sayəsində xallarının sayını 30-a çatdıran "Ankaragücü” turnir cədvəlində 4-cü pilləyə yüksəlib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью