Renat Dadaşovun yeni klubu bəlli oldu

04.09.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni komandası bəlli olub.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, 27 yaşlı hücumçu Ukraynanın “Bukovina” klubu ilə anlaşıb.

Təcrübəli forvard 2-3 gün ərzində yeni komandası ilə müqavilə imzalayacaq. Sözləşmənin detalları bəlli deyil.

Qeyd edək, “Bukovina” bu mövsüm Ukrayna Premyer Liqasına yüksəlib. Komanda hazırda 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Xatırladaq ki, Renat Dadaşov son olaraq Polşanın “Motor” klubunda çıxış edib. O, ötən mövsümün sonunda Lublin təmsilçisindən ayrılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью