Renat debütü haqda yazdı: İlk qolumu vurduğum üçün xoşbəxtəm

01.03.2025

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov Polşanın "Radomyak" klubunun heyətində debüt edib.

Sportal.az xəbər verir ki, 25 yaşlı forvardın debütü uğurlu alınıb. "Vidzev"lə matçın (1:1) 80-ci dəqiqəsındə meydana daxil olan futbolçu 10 dəqiqə sonra komandasına 1 xal qazandıran qolu vurub.

Renat debütü barədə instaqram hesabında paylaşım edib. Azərbaycanlı forvard xoşbəxt olduğunu bildirib:

"Bu heyrətamiz klubda debüt etdiyim və ilk qolumu vurduğum üçün xoşbəxtəm. 3 xal qazanmaq istəyirdik. Amma diqqətimizi növbəti oyuna yönəldəcəyik".

Qeyd edək ki, Renat Dadaşov bir neçə gün öncə "Radomyak"la mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью