Renat fərqləndi, komandası qələbə qazandı

08.03.2025

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Futbol üzrə Polşa çempionatında 24-cü turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Radomyak" səfərdə "Krakoviya"nın qonağı olub.

Qarşılaşma Radom təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub.

25 forvard 54-cü dəqiqədə meydana daxil olub. Azərbaycanlı futbolçu 90+1-ci dəqiqədə komandasına qələbə qazandıran qolu vurub.

Qeyd edək ki, xallarını 28-ə yüksəldən "Radomyak" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

“Zirə”dən yeni transfer - RƏSMİ Millimizin heyəti açıqlandı Haiti yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlanıb Füzuli Məmmədov: “Üzərimizdəki təzyiq bizi bir-birimizə daha sıx bağladı” İlahi ədalət və ya bir şəyird ki, ustadına kəm baxa…
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью