Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Ukraynanın “Bukovina” klubunun baş məşqçisi Sergey Şişçenko Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun heyətə cəlb olunması qərarı barədə fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, “Sport RBC.UA” nəşrinə danışan mütəxəssis transfer pəncərəsi dövründə ön xətti gücləndirmək üçün axtarışda olduqlarını bildirib:
“Renat əsl hücumçudur, klassik “9 nömrədir”. O, yüksək oyun səviyyəsinə və meydanda nə etdiyini dəqiq dərk etmək bacarığına sahib futbolçudur. Dadaşov ilk məşqlərdən bizim tələblərimizi dərhal mənimsədi”.
Baş məşqçi həmçinin Dadaşovun komandaya qoşulmazdan əvvəl “Bukovina”nın matçlarını izlədiyini və meydançada nə tələb olunduğunu ilk məşqlərdən nümayiş etdirdiyini diqqətə çatdırıb.
“Bukovina” Ukrayna çempionatında 7 xalla 11-ci pillədə qərarlaşıb.