Renat komandasını xilas etdi

01.03.2025

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Polşa Ekstraklasasında XXIII turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin üzvləri Rahil Məmmədov və Renat Dadaşovun formasını geydiyi “Radomiak” evdə “Vidzev”lə heç-heçə edib. Rahil bu matçın iştirak ərizəsində yer almayıb. Renat isə oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 80-ci dəqiqədə Roberto Alveşi əvəzləyərək meydana daxil olub.

25 yaşlı futbolçu komandasının 0:1 hesabla geridə olduğu matçın 90-cı dəqiqəsində fərqlənməklə hesabı bərabərləşdirib.

Qeyd edək ki, bu Dadaşovun yeni komandasında ilk oyunu olub.

Polşa Ekstraklasası

XXIII Tur

28 fevral

Radomiak – Vidzev 1:1

Qollar: R.Dadaşov, 90 – Y.Şehu, 14

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью