Renat oynadı, Ankaragücü kubokda qələbə qazandı

19.12.2024

Icma.az bildirir, Sportal.az portalına istinadən.

Türkiyə Kubokunda 5-ci təsnifat mərhələsinin oyunları davam edir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" səfərdə "Menemen"in qonağı olub. Rəqibini 3:2 hesabı ilə məğlub edən paytaxt təmsilçisi qrup mərhələsinə vəsiqə qazanıb.

Renat Dadaşov da bu oyunun iştirakçısı olub. 25 yaşlı forvard 90+4-cü dəqiqədə meydana daxil olub.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью