futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Polşada Ekstraklasasında XXX turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin futbolçuları Renat Dadaşov və Rahil Məmmədovun çıxış etdiyi “Radomiak” “Lex”lə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçəylə başa çatıb.
Rahil isə bu oyunun iştirak ərizəsinə daxil edilməyib.
Renat isə matça start heyətində başlayıb və 65-ci dəqiqədə Abdul Tapsoba ilə əvəzlənib.
Aktivində 36 xalı olan “Radomiak” turnir cədvəlinin 13-cü pillədə qərarlaşıb.