Renat oynadı, komandası qələbə qazandı

04.01.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə 1-ci Liqasında XVIII turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, Renat Dadaşov və Həsən Nəzərlinin şərəfini qoruduğu "Ankaragücü" də növbəti matçına çıxıb.

Komanda "Keçiörengücü" ilə qarşılaşıb. Görüş paytaxt təmsilçisinin qələbəsi ilə nəticələnib - 2:0.

Hər iki futbolçumuz görüşə ehtiyat oyunçular skamyasında başlayıb. Renat 67-ci dəqiqədə Bajiçi əvəzləyib. Nəzərli isə meydana çıxmayıb.

Qeyd edək ki, "Ankaragücü" 27 xalla 5-ci pillədə qərarlaşıb.

I Liqada dekabr ayının "TOP-5" qolu - VİDEO Bundesliqa çempionu 18 yaşlı hücumçu transfer edib Mahir komanda yoldaşlarını üstələyib "Real" La Liqa tarixinə düşüb "Qarabağ" hazırlığa start verdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью