Renate Brison: BTQ SenMartenin müstəqilliyi uğrunda mübarizədə mühüm müttəfiqdir

06.12.2024

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

Bakı Təşəbbüs Qrupu (BTQ) Sen-Martenin müstəqilliyinin əldə edilməsi uğrunda mübarizədə mühüm müttəfiqdir.

Bu barədə “Report”un sualını cavablandıran Sen-Martendəki “Pro Soualiga” Fondunun katibi Renate Brison Bakıda keçirilən "Sen-Martendə Frana və Niderland müstəmləkəçiliyi - bir ada, bir xalq, bir tale" konfransında bildirib.

R.Brison qeyd edib ki, BTQ BMT ilə əlaqələri dəstəkləyir və müstəmləkə zülmü altında olan xalqların problemlərini beynəlxalq ictimaiyyətə çatdırmağa kömək edə bilər.

O, əminliklə vurğulayıb ki, təşkilatın dəstəyi sayəsində müstəmləkə altında olan xalqlar müstəqillik əldə edə biləcəklər.

Onun sözlərinə görə, metropoliya Sen-Martendə hakimiyyət və özünüidarəetmə institutlarını tabe edib, nəticədə vətəndaşlar cəmiyyəti idarə edəcək siyasətçiləri özləri seçə bilmirlər.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью