Renatın adı iştirak ərizəsinə daxil edilmədi

02.02.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyə I Liqasında XXII turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, bu gün Renat Dadaşovla Həsən Nəzərovun formasını geyindiyi "Ankaragücü" səfərdə "Ümraniyespor"un qonağı olub.

Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov bu görüşün iştirakçısı olmayıb. 25 yaşlı hücumçunun adı oyunun iştirak ərizəsinə daxil edilməyib. Həsən Nəzərov isə sona qədər ehtiyatda qalıb.

Qeyd edək ki, 22 turdan sonra 30 xal toplayan "Ankaragücü" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью