Renatın komandası böyük hesabla uduzdu

27.07.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.

QOL.az xəbər verir ki, onun çıxış etdiyi "Motor Lüblin" Ekstraklasanın 2-ci turunda "Poqon"un qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Oyuna start heyətində başlayan Renat 58-ci dəqiqədə - hesabda 1:3 geridə olduqları vaxt əvəzlənib.

Qeyd edək ki, Dadaşovun komandası iki turdan sonra 3 xalla 9-cu pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью