Renatın komandası səfərdə xalsız qaldı

24.08.2025

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.

QOL.az xəbər verir ki, onun çıxış etdiyi "Motor Lüblin" Ekstraklasanın 6-cı turunda "Korona Kielçe"nin qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyuna ehtiyatdan başlayan Renat 73-cü dəqiqədə Karol Czubakın əvəzinə meydana daxil olub. 

Qeyd edək ki, Dadaşovun komandası 5 turdan sonra 5 xalla 15-ci pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью