Renatın qayıdışı uğursuz oldu

15.12.2024

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Renat Dadaşov zədədən sonra yaşıl meydanlara qayıdıb.

"Football-plus.az" xəbər verir ki, 25 yaşlı futbolçu 6 turluq fasilədən sonra “Ankaragücü”nün heyətində meydana çıxıb. O, Türkiyənin 1-ci liqasının 16-cı turu çərçivəsində “Manisa”ya qarşı keçirilən matçda forma geyib. Görüşə ehtiyatdan başlayan hücumçu qarşılaşmanın 82-ci dəqiqəsində Alper Uludağın əvəzinə meydana çıxıb. Onun komandası öz meydanında uduzub – 0:1.
Bu məğlubiyyətdən sonra əvvəlki kimi 23 xalda qalan “Ankaragücü” 6-cı yeri tutur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью