Renatla Rahilin komandası üçün uğursuz tur

05.04.2025

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin futbolçuları Rahil Məmmədov və Renat Dadaşovun çıxış etdiyi “Radomyak” komandası Polşa çempionatında növbəti oyununa çıxıb.

"Cebheinfo.az" xəbər verir ki, 28-ci turda “Zaqlembe” ilə qarşılaşan Radom təmsilçisi 0:1 hesablı məğlubiyyətə üzülüb.

Start heyətdə meydana buraxılmış Renat 82-ci dəqiqədə əvəzlənib. Rahilin adı isə iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, “Radomyak” hazırda ölkə çempionatında 34 xalla 11-ci sırada yer alıb.

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью