Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Portuqaliyalı yarımmüdafiəçi Renato Sançes Fransa çempionu PSJ-dən ayrılıb.
QOL.az xəbər verir ki, 29 yaşlı futbolçunun Paris klubu ilə müqaviləsi vaxtından əvvəl ləğv olunub. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Sançes azad agent statusu alıb və istənilən klubla sərbəst şəkildə müqavilə imzalaya bilər.
PSJ Sançesi 2022-ci ilin yayında “Lill”dən 15 milyon avroya transfer edib. Yarımmüdafiəçi Paris klubunun əsas heyətində daimi yer qazana bilməyib və bu səbəbdən “Roma”, “Benfika” və “Panatinaikos”a icarəyə göndərilib.
Ümumilikdə Sançes PSJ-nin heyətində 27 oyuna çıxıb.
Məlumata görə, 29 yaşlı futbolçu ilə Berlin “Union”u, həmçinin İngiltərənin “Hall Siti” və “İpsviç Taun” klubları maraqlanır.