“Renault” gələn ilin sonunadək 800 mühəndisi ixtisar etməyi planlaşdırır

26.06.2026

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransanın avtomobil istehsalçısı "Renault" Çin avtomobil şirkətlərinin artan rəqabəti fonunda ölkədəki mühəndislik bölməsində 2027-ci ilin sonunadək 800 iş yerini ixtisar etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

Şirkətin beynəlxalq texnologiyalar bölməsinin rəhbəri Filip Brunen bildirib ki, Çin istehsalçıları Avropa bazarında paylarını sürətlə artırır və bu, "Renault"u rəqabət qabiliyyətini gücləndirməyə məcbur edir. İxtisarlar könüllü proqram əsasında həyata keçiriləcək. Eyni zamanda, şirkət 150-200 yeni mühəndis işə götürməyi və bəzi əməkdaşlar üçün yenidənhazırlanma proqramı təşkil etməyi nəzərdə tutur.

"Renault" bu addımın şirkətin uzunmüddətli inkişaf strategiyası və rəqabət qabiliyyətinin qorunması məqsədilə atıldığını vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью