“Renault” “Tesla”ya meydan oxuyur FOTO

03.11.2026

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


“Renault” şirkəti yeni nəsil elektrikli “Megane” modelini hazırlayır. Avtomobilin 2028-ci ildə satışa çıxarılması gözlənilir.

“Bakupost” xəbər verir ki, yeni modelin təxminən 748 kilometr məsafə qət edəcəyi, yürüş ehtiyatı artırılmış versiyada isə bu göstəricinin 1400 kilometrə çatacağı bildirilir.

Model həm tam elektrikli, həm də daxiliyanma mühərrikinin generator kimi işlədiyi versiyada təqdim oluna bilər. Avtomobildə 90 kVt/saatdan az tutumlu LFP batareyadan istifadə edilməsi planlaşdırılır.

Yeni “Megane”nin müasir dizayn, geniş ekran və avtonom idarəetmə texnologiyalarını dəstəkləyən platforma ilə təchiz olunacağı gözlənilir.

Vüsalə Hüseynova,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью