Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransanın avtomobil istehsalçısı “Renault” Ukrayna üçün uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) istehsalında iştirak edəcək.“AzPolitika” bildirir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.Məlumatagörə, “Renault” dronlarınistehsalı məqsədilə “TurgisGaillard” şirkətiilə əməkdaşlıqedəcək.
İstehsal prosesinin şirkətin iki müəssisəsində həyata keçiriləcəyi bildirilir.
Lakin istehsal olunacaq dronların sayı və müqavilənin maliyyə dəyəri açıqlanmır.“Renault”un direktoru Fabrís Kamboliv məsələ ilə bağlı bildirib ki, şirkətə istehsal və sənaye potensialı ilə bağlı müraciət edilib:“Bizimlə istehsal və yaradıcılıq sənayesindəki təcrübəmizlə bağlı əlaqə saxlanılıb.
Layihə hazırda davam edir və ona Müdafiə Nazirliyi rəhbərlik edir.
Dövlətin xahişi ilə bu layihədə iştirak etdiyimizi təsdiqləyirik”, – deyə o qeyd edib.
Qeyd edək ki, bu addım Avropa şirkətlərinin Ukraynanın müdafiə sənayesinə cəlb olunmasının daha da genişləndiyini göstərir.“AzPolitika.info” Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.