Renault və Hyundai toqquşub, xəsarət alan var FOTO

14.05.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan şəhərində iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza Heydər Əliyev prospekti ilə Atatürk küçəsinin kəsişməsində qeydə alınıb.

Hadisə zamanı 75-BN-886 dövlət nömrə nişanlı "Renault" markalı avtomobillə 67-BL-094 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil toqquşub. Nəticədə avtomobillərə ciddi ziyan dəyib.

Qəza zamanı 1 nəfər xəsarət alıb və Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır, hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью