“Renault”la toqquşan “VAZ” dərəyə düşdü, 3 nəfər xəsarət aldı VİDEO

19.03.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Ağsuda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza martın 18-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan  40-BM-458 dövlət nömrə nişanlı “VAZ-2107” markalı maşın, 99-NP-584 dövlət nömrə nişanlı “Renault” markalı avtomobilə çırpılıb . Qəzaya səbəb “Renault” sürücüsünün geriyə dönmə manevri zamanı qayda pozması olub. Nəticədə o, soldan gələn maşınla toqquşub və zərbənin təsirindən “VAZ” yoldan çıxaraq dərəyə düşüb. Hadisə zamanı hər iki avtomobil sıradan çıxıb, üç nəfər yüngül bədən xəsarətləri alıb.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью