Renduliç niyə utanmalıdı? REPLİKA İdman və Biz | Icma.az
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir. Bu gün "Sabah" "Kəpəz"i qəbul edəcək axı...
Yəqin ki, buna "bayquşlar"ın baş məşqçisi Krunoslav Renduliç qədər sevinən yoxdu.
O, maddi çətinliklər yaşayan, bu azmış kimi, mövsümlərarası fasilədə yalnış transfer seçimləriylə formalaşdırılan komandanı məğlub etməklə dörd oyunluq qələbə həsrətini sona çatdırmaq niyyətindədi.
Utanmır e... Renduliçin utanc hissini itirdiyi haqda fikrim bu gün dəqiqləşməyib.
Sözlərini tutmaqda aciz qaldığını müşahidə edəndə anladım ki, "Sabah" sabahını yalnız bugünü düşünən birinə əmanət edib.
Xorvatiyalı premyer-liqanın birinci dövrənin son oyunundan sonra keçirilən mətbuat konfransında etiraf etdi ki, xal ehtiyatı hədəfləndiyi qədər artırılmayıb.
Azarkeşlərə ümid verməyi də unutmadı: "ikinci dövrədə daha çox xal toplamağa çalışacıq".
Bu yerdə xatırladım ki, "Sabah" son 3 üç oyunda iki xal toplayıb...
Tam oxu
Xəbəri oxu